Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Luqano”nu mübarizədən kənarlaşdıran “Fənərbağça”nın 3-cü təsnifat mərhələsində qarşılaşacağı "Lill"in baş məşqçisi iddialı danışıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Fransa klubunun baş məşqçisi Bruno Genesio "Fənərbağça"nı güclü komanda saymadığını deyib: "Düzdür, ilk matçlardakı komandalar öz oyununu tapa bilmir. Ancaq bizm üçün fərq olmayıb. "Luqano" və ya "Fənərbağça" eyni şeydir. Bildiyim qədəri ilə "Fənərbağça" geriyə düşdüyü oyunu son dəqiqədə qazanıb. Hesab edirəm ki, bizkm şansımız yetərincədir. Keyfiyyətli komandam var, futbolçularıma güvənirəm"
"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo isə "Lill" haqda deyib: "Türk komandaları üçün Almaniya və Fransa komandalarının oyunu deyirlər alınmır. Bu baxımdan yaxşı püşk deyil, ancaq onlar üçmün də belə demək olar..."
Xatırladaq ki, "Fənərbağça" ilə "Lill" arasında ilk matçını 6 avqustda Fransada keçirəcək. Qarşılaşmanın cavab oyunu avqustun 13-də İstanbulda olacaq.
Fərid
MİA.AZ