Sərfəli operator “Nar” hər müştəriyə uyğun “Full” paketlərini təqdim edir.
Mia.az-ın məlumatına görə, “Nar” müştəriləri “Full” paketlərini seçərək həm danışıq, həm də internet bonusları əldə edə bilər.
Hər bir “Full” paketində müştərilərə təqdim edilən bonusların qalıqları ay sonunda silinmir, növbəti aya keçir. Üstəlik, hər bir “Full” istifadəçisi “Nar”ın “Çevir” xidmətindən istifadə edə bilər. “Çevir” xidməti istifadəçiyə ehtiyac olduğu halda danışıq bonusunu internet bonusuna və ya əksinə çevirməyə imkan verir.
Daha yuxarı “Full” paketlərində (Full 29, Full 39 və Full 49) istifadəçilərə daha çox bonuslarla yanaşı rouminq dəqiqələri və rouminq interneti də təqdim edilir. “Full 6” paketində isə internet bonusundan əlavə, “WhatsApp” və “Messenger” tətbiqləri üçün nəzərdə tutulan 1GB internet də təklif olunur.
“Nar”ın bütün “Full” paketləri haqqında məlumatı və tarifə keçid üsulunu nar.az saytından əldə edə bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.