Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının 1/8 final görüşü zamanı ciddi zədə alıb.

Mia.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində yer alan idmançı fransalı Nqayap Hambu ilə mübarizədə çiyni çıxıb və xəstəxanaya aparılıb.

Qeyd edək ki, Elcan 1/16 finalda Türkiyə idmançısı Mixael Zqanka qalib gəlib((Report).