Bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda "Luqano"nu qəbul edən "Fənərbağça" 1-0 geriyə düşdüyü oyunu qazanıb.

Mia.az  xəbər verir ki, ilk oyunda səfərdə 4-3 qalib gələn İstanbul klubu evində 7-ci dəqiqədə hesabda geriyə düşüb.

Ancaq buna baxmayaraq, "Fənərbağça" sonradan 2 qol ataraq matçı 2-1 qələbə ilə bitirib.

Beləlikə, Joze Mourinyonun yetirmələri 3-cü təsnifat mərhələsində Fransanın "Lill" komandası ilə qarşılaşacaq.

Fərid ASLAN

MİA.AZ