Bu gün Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi vəzifəsindən çıxarılıb.
Mia.az xəbər verir ki, bu barədə Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.
Sərəncama əsasən, Namiq Nəriman oğlu Paşayev Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi vəzifəsindən azad olunub.
Digər sərəncamla həmin vəzifə müvəqqəti olaraq Xidmət rəisinin müavini Məhərrəm Hüseyn oğlu Abbasova tapşırılıb.