Paris-2024 Olimpiadasında daha bir qalmaqal yaşanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Eurosport"un təcrübəli şərhçisi Bob Ballard yarış zamanı qadınidmançıların ünvanına canlı yayımda işlətdiyi ifadə başına bəla olub.

Məlumata görə, onun Avstraliya komandasının qələbəsini şərh edərkən "Qadınlar işlərini gec bitirirlər. Bilirsiniz, əsas vaxtları makiyaja gedir" sözlərini işlədib. Canlı yayımda işlənən bu ifadə qısa zamanda tirajlanıb və etirazlar artıb.

Bundan sonra aparıcı sosial şəbəkədə üzr istəyib və qadınların idmandakı rollarına təriflər deyib.

Ancaq bu, ona fayda sağlamayıb. "Eurosport" TV-nin rəhbərliyi onu kanaldan kənarlaşdırıb.

Fərid Aslan

MİA.AZ