Braziliyalı üzgüçü Ana Karolina Vieira Paris Olimpiadasından qovulub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb onun olimpiadada kişilər arasında üzgüçülük yarışına qatılan sevgilisi ilə görüşmək üçün qaldıqları məkanı iczaəsiz tərk etməsi olub.

Məlumata görə, 4x100 metrlik estafet komandasının üzvü Vieira və onun üzgüçü sevgilisi Qabriel Santos bu səbəbdən ölkənin Milli Komitəsinin qəzəbinə tuş gəliblər: "22 yaşlı Vieira  üzgüçü Qabriel Santos ilə yarışdan bir gün əvvəl Olimpiya kəndindən gizlicə qaçaraq Parisin gecə həyatını yaşamağa qərar verib. Fakt üzə çıxanda Braziliya Olimpiya Komitəsi Vieyranı nizam-intizam komitəsində müzakirə edəcəklərini bəyan edib. Buna etiraz edən idmançı elə ilk təyyarə ilə ölkəsinə göndərilib. Sevgilisi Santos üzr istədiyindən ona xəbərdarlıq olunub".

Məlumatda cütlüyün Braziliya üzgüçülüyünün qızıl dueti kimi tanındığı da qeyd edilib.

Fərid Aslan

MİA.AZ