"Qalatasaray" gənc müdafiəçisi Emin Bayram Belçika klubuna satıb.

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, Emin Bayram Belçikanın "Vesterlo" komandası ilə artıq anlaşıb.

Məlumata görə, "Qalatasaray" bu anlaşmadan karlı çıxıb: "Klub 21 yaşlı futbolçununtransferindən 4 milyon avro nağd pul əldə edib. Üstəlik, əgər Belçika klubu onu gələcəkdə başqa komandaya satrasa, gəlirin 50 faizini "Qalatasaray"la böləcək".

Qeyd edək ki, Emin Bayram ötən mövsüm "Vesterlo"da icarə əsasları ilə oynayıb. O, 25 oyuna 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Fərid Aslan

MİA.AZ