Qusarda 23 yaşlı oğlanın odlu silahdan açılan atəş nəticəsində xəsarətlər alması faktına görə cinayət işi açılıb.

Mia.az Qusar Rayon Prokurorluğuna istinadla xəbər verir ki, araşdırma zamanı 1941-ci il təvəllüdlü Sərkər Duraxanovun aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq oğlu İsrafil Duraxanovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

İsrafil Duraxanov xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, Sərkar Duraxanov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam davam edir.

***

Qusar rayonu ərazisində iyulun 30-da səhər saatlarında rayon sakini 23 yaşlı İ.Duraxanovun ov silahından açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Mia.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən atası 83 yaşlı Duraxanov Sərkər Duraxan oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.