Bakıda 18 yaşlı gənci elektrik cərəyanı vurub.

Məlumata görə, hadisə Xətai rayonu Cavanşir küçəsində yerləşən 245 saylı tam orta məktəbin həyətində qeydə alınıb.

Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Elmir Bəhruz oğlu Qəhrəmənov elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.