Sumqayıt Tibb Mərkəzində yeni təyinat olub.

Mia.az xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Namirə Abbasova Sumqayıt Tibb Mərkəzinin direktor müavini, ilkin səhiyyə xidmətinin rəhbəri təyin olunub.

Bu barədə mərkəzin mətbuat xidməti məlumat paylaşıb.

Bildirilib ki, N. Abbasova buna qədər Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının müdir müavini olub.