Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.

Mia.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.

Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbulla (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovdan (Kosovo) güclü olub.

Bu, Hidayət Heydərovun karyerasında ilk iştirak etdiyi olimpiada olub.

***

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşündən qalıb ayrılıb.

Mia.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı kosovolu Akil Qyakova ilə qarşılaşıb.

Rəqibinə qalib gələn H.Heydərov finala vəsiqə qazanıb.

O, həlledici mərhələdə fransalı Con Benjamin Qaba ilə üz-üzə gələcək.