İngiltərənin Southport şəhərində adı hələlik açıqlanmayan şəxs küçədə keçən uşaqlara bıçaqla hücum çəkib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, qarşısına çıxan hər kəsi bıçaqlayıb. 

İlkin məlumata görə, əksəriyyəti uşaq olmaqla 8 nəfər yaralanıb, bir uşaq isə dünyasını dəyişib.

Şəhər polis idarəsindən bildirilib ki, hadisə bu gün səhər baş verib: "Hadisəni törədən şəxs həbs edilib. Fakt araşdırılır".

Firudin Səfərli

MİA.AZ