Son illər qəfil ölümlərin sayı xeyli artıb.
Qəfil ölümlərin səbəbləri sırasında ürək-damar xəstəlikləri ilk yerdə göstərilir. Lakin bu tək səbəb deyil. Belə düşünülür ki, koronavirus əleyhinə vurulan peyvəndlər qəfil ölümlərin sayında artıma səbəb olub.
Xüsusilə, ölkəmizdə də tətbiq olunan Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndinin qəfil ölümlərdə "rolu" olduğu güman edilir.
Bu, bir yox, bir çox yerli və xarici həkimlərin irəli sürdüyü fikirlərdir. Bilirsiniz ki, koronavirusun yayıldığı ilk zamanlardan bəri peyvəndlərə qarşı münasibət birmənalı olmayıb.
Qısa zaman ərzində bu peyvəndlərin hazırlanması və satışa çıxarılması insanlarda şübhə yaratmışdı. Üstəlik, ölkələr peyvənd vurulmayan şəxslər üçün müəyyən məhdudiyyətlər qoyduğundan vaksinlərə qarşı inamsızlıq formalaşmışdı.
Həmçinin, bir çox ölkələrdə peyvəndlərin yaratdığı əks təsirlərə görə məhkəməyə müraciət edən şəxslər də olub.
Almaniyanın “BioNTech” şirkəti tərəfindən istehsal olunan COVID-19 peyvəndlərinin yan təsirləri ilə bağlı Almaniyada tibb işçisi iddia qaldırmışdı.
Tibb işçisi iddia edirdi ki, peyvənd olunduqdan sonra onda ürək ritminin pozulması, bədəninin yuxarı hissəsində ağrı, qol və ayaqlarda şişkinlik, yorğunluq, yuxu pozğunluğu və beyininin "dumanlı olması" (zehni yorğunluq və çaşqınlıq növü) kimi problemlər ortaya çıxıb.
Qeyd etmək lazımdır ki, bu, peyvəndlə bağlı ilk məhkəmə işi deyil. O cümlədən, qəfil ölüm halları da bilavasitə peyvəndlərlə əlaqləndirilir.
Tibb sahəsi üzrə ekspert Rasif Bağırov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, bunun elmi sübutu yoxdur, lakin peyvənd müyyən ağır xəstəlikləri daha da oyadıb:
"Koronavirus peyvəndi bizim uşaq vaxtı qəbul elədiyimiz vaksinlərdən xeyli yüngüldür. Onda insanlarda ölüm yaradan nələrinsə olması inandırıcı deyil. Çinin peyvəndinin (“CoronaVac”) ölüm yaratması haqqında isə tam dəqiq məlumat demək çətindir. Çünki Çin orada nə düzəldir, nə edir, bunu Allah bilir.
Amma ABŞ-nin “Pfizer” şirkətinin COVID-19-a qarşı peyvəndi kimlərdə ağır xəstəliklər olurdusa - qaraciyər, ürək çatışmazlığı mərkəzi sinir sistemi ilə bağlı xəstəliklərdə, müəyyən narahatlıqlar yaradırdı.
Amma bunun sırf qəfil ölüm yaratması haqqında dəqiq nəsə demək də olmur. Çünki araşdırılmır. Bəlkə də, iddia etmək olar, amma elmi sübutu yoxdur".
Qəfil ölümlərin sayı niyə çoxalıb?
DİGƏR XƏBƏRLƏR
2024-11-27 11:49
2024-11-27 10:37
2024-11-27 09:12
2024-11-27 00:03
2024-11-26 12:49
2024-11-26 12:34
2024-11-26 12:31