Kanadanın qadın olimpiya futbol komandasının baş məşqçisi Bev Priestman "dron casusluğu" qalmaqalına görə həm olimpiadadan, həm də vəzifəsindən qovulub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bundan sonra onu köməkçi məşqçi Endi Spens əvəz edəcək.
Hadisə Yeni Zelandiyanın təlim poliqonunda pilotsuz təyyarənin görünməsi ilə başlayıb.
Priestmanın köməkçisi Mander və analitik Lombardi dindirilib və Lombardi rəqib komandaların məşqlərni bu "üsul"a izlədiklərini etiraf edib:
"FİFA araşdırmaları zamanı Priestman üzr istəyib. Lakin bu, onun xilası olmayıb. Məşqçi 2024-cü il Paris Olimpiadasından da, Kanada futbolunun baş məqşçiliyindən də uzaqlaşdırılıb".
Zülfiyyə
MİA.AZ