Türkiyə klubu "Korendon Alanyaspor" yeni mövsümə daha güclü heyətlə çıxmağı planlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünən "Fənərbağça"dan hücumçu Serdar Dursunu transfer edən klub Portuqaliyanın "Boavişta" komandasında çıxış edən mərkəz yarımmüdafiəçisi Qayus Makoutanı da heyətinə qatıb.

Məlumata görə, "Alanyaspor" 27 yaşlı yarımmüdafiəçi Qayus Makouta ilə 3 illik müqavilə imzalayıb.

Fərid

MİA.AZ