"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə inzibati protokol yazılıb.
Mia.az Pravda.az-a istinadla xəbər verir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 266.2-ci (Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın icraatındadır.
Qeyd edək ki, QSC-nin İdarə Heyətinin sədri Rauf Göyüş oğlu Vəliyevdir.
MİA.AZ