Rusiyada terror törədən şəxs Türkiyədə qandallanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.
Nazirin sözlərinə görə, Rusiya DİN İnterpol xətti ilə onlara Moskvada bombalı terror törədərək iki nəfərin yaralanmasına səbəb olan Yevgeni Serebriakov adlı Rusiya vətəndaşının hadisədən dərhal sonra Moskva-Bodrum reysilə Türkiyəyə qaçdığı haqda bilgi verib: "İyulun 24-ü saat 10.30-da daxil olan məlumatdan dərhal sonra həmin şəxsin saat 09:40-da Bodrum Hava Limanına daxil olduğu aydınlaşıb. Polis, İnterpol, MİT və Köç İdarəsinin birgə əməliyyatı ilə həmin şəxs Bodrumda qandallanıb. Uğrulu əməliyyata görə hər kəsə təşkkür edirəm".
Lamiyə Əhmədli
MİA.AZ