Dövlət İmtahan Mərkəzində daha iki təyinat olub.
Mia.az xəbər verir ki, müvafiq əmrlə Namiq Babayev və Bəhrəm Xəlilov Məleykə Abbaszadənin müavinləri təyin ediliblər.
Qeyd edək ki, iyulun 23-də Prezident İlham Əliyevin Fərmanı əsasında DİM-in Müşahidə Şurası yaradılıb, tərkibi təsdiqlənib. Məleykə Mehdi qızı Abbaszadə DİM-in İdarə Heyətinin sədri təyin edilib.