Türkiyə ordusu Suriyada PKK-çılara qarşı yeni əməliyyat keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Nazirlik bildirib ki, Suriyada "Zeytun dalı" bölgəsində aşkarlanan 3 PKK/YPG terrorçusu zərərsizləşdirilib: ""Qəhrəman Türkiyə Silahlı Qüvvələrimizin terrora və terrorçulara qarşı mübarizəsi gecə-gündüz əzmlə davam edir. Zeytun Budağı bölgəsində aşkarlanan daha 3 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Terrorun öz qaynağında qurutmaqda qərarlı və əzmliyik".

Tahir Şəlvəli

MİA.AZ