Bakının Nəsimi rayonunda narkotik satışını təşkil edən şəxslər saxlanılıb.

Bu barədə Mia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə həmin şəxslər - əvvəllər narkotiklə bağlı cinayətlərə görə məhkum olunmuş 1989-cu il təvəllüdlü Səbuhi Abasov və 2000-ci il təvəllüdlü Vüqar İsmayılov saxlanılıblar. Onlardan ümumilikdə 10 kiloqrama yaxın narkotik vasitə marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar aparılır.