Türkiyənin “Trabzonspor” komandası heyətini gücləndirməyə davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub bu dəfə “Boavişta”da çıxış edən portuqaliyalı sağ cinah müdafiəçisi Pedro Malheiro ilə anlaşıb.

Məlumata görə, futbolçu ilə 4+1 illik müqavilə imzalayan klub rəhbərliyi bu transfer üçün Portuqaliyanın "Boavişta" klubuna 3 mərhələyə bölünməklə  2 milyon avro ödəyəcək: "Bundan əlavə, müqavilə müddətində futbolçu buradan başqa kluba keçərsə, “Boavişta” FK-ya transfer haqqının 10%-i bonus ödəniləcək. Futbolçuya gəldikdə isə, müqavilənin ilk üç mövsümündə ona hər il üçün 830 min avro, 2027-2028 mövsümündə 882 min avro sabit maaş veriləcək. Əgər 4 illik müqavilədən sonra daha bir il klubda qalmaq istəsə, o zaman 2028-2029 futbol mövsümündə ona 986 min avro zəmanət haqqı ödəniləcək".

Fərid

MİA.AZ