Bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında səfərdə İsveçrənin "Luqano" komandası ilə qarşılaşan "Fənərbağça" oyundan qalib ayrılıb.
Mia.az xəbər verir ki, baş məşqçisi Joze Mourinyonun komandası oyunun 4-cü dəqiqəsində hesabda geri düşüb.
Lakin 45+1-dıə Dzeko hesaba tarazlıq gətirib.
İlk hissə bu hesabla başa çatıb.
İkinci hissə başlayan kmi, Dzeko "Fəınərbağça"nı önə çıxarıb - 1:2.
Lakin 64-cü dəqiqədə Bislimi bərabərlik qolunu vurub - 2:2.
67-də yenə səhnəyə Dzeko çıxıb - 2:3.
74-də isə Ferdi fərqi artırıb - 2:4.
90+4-də ev sahibindən Valenzuela fərqi azaldıb - 3:4.
Beləliklə, oyun bu hesabla başa çatıb.
Cavab oyunu 30 iyulda İstanbulda keçiriləcək.
Fərid
MİA.AZ