Türkiyədə mühüm silah icad edən alimləri öldürmək istəyiblər.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Malatya İnönü Universitetində çalışan və təyyarələri lazer silahlarından qorumaq üçün xüsusi kompozit material hazırlayan alimlərə qarşı sui-qəsdin qarşısı polis tərəfindən son anda alınıb.
Məlumata görə, hadisə Malatya-Yeşilyurt mahalının Yakınca məhəlləsində baş verib.
Məlumata görə, şəxsi avtomobilləri ilə hərəkətdə olarkən kimyaçı alim Yeliz Toptaş və İnönü Universiteti mütəxəssisi Murat Toptaş təqib olunmağa başlayıblar: "Onların idarə etdiyi maşını arxadan vuran şəxslər daha sonra maşını əyləməyə məcbur etmək istəyib. Alimlər sui-qəsd planından duyuq düşərək, dərhal polisə məlumat verib. Xoşbəxtlikdən ərazidə xidmət aparan yol polislərə olay yernə yaxın olub. Məhz onların təqibə anında müdaxiləsi sui-qəsdin icrasına mane olub. Hadisə yerinə gələn polisin yoxlaması zamanı aralarındakı birinin Jandarmadan qovulmuş keçmiş zabit oldğu öyrənilib. O və yanındakı, dosyesində çoxsaylı cinayətləri olan daha bir nəfər vəziyyətin kritik olduğunu görüb hadisə yerindən qaçsalar da, digər ki nəfər dərhal qandallanıb. Qaçan iki nəfər isə 1 saatlıq təqibdən sonra Doğanşehir mahalında qandallanıblar. Hadisə ilə bağlı istintaq davam edir".
Firudin Səfərli
MİA.AZ