UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında bu gün səfərdə İsveçrənin "Luqano" komandası ilə qarşılaşacaq "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo mətbuat konfransı keçirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, mətbuat konfransına müdafiəçi Aleksandr Djiku ilə qatılıan baş məşqçi "Fənərbağça"ya gəlməsindən bir daha şad olduğunu təkrarlayıb: "Gələndən burada təxminən 30 məşq və 5 yoldaşlıq oyunu keçirmişik. Hər məşqdə və hər bir oyunçunun çıxışından çox razı qaldım. Hər kəs əlindən gələni edir, mənim sistemimə uyğunlaşmağa çalışır".
Təcrübəli məşqçi "Qarşılaşma ilə bağlı fikirləriniz necədir? İstanbuldakı cavab qarşılaşmasına uyğunı oyun planınızı müəyyənləşdiribsiz?", - sualına belə cavab verib: "Bizm əsas diqqətimiz buradakı matçdır. Hazırda İstanbulda keçiriləcək revanş oyunu düşünmürəm. Bura qalib gəlmək üçün gəlmişdik".
Joze Mourinyo matçın süni (sintetik) örtüklü meydançada oynanılacağı haqda suala isə cavabda deyib: "Sintetik örtüklü meydan sahiblərinin seçimidir, bunun onlar üçün üstünlük olduğunu düşünürlər. Futbol hər zaman yaşıl meydanda oynanmalıdır. Ancaq yaşıl sahə yerinə belə stadiondan üstünlük kimi istifadə etməyə çalışan klublar var. Təbii, belə yerdə top yavaş hərəkət edir, ancaq biz buna uyğunlaşmalıyıq".
Fərid
MİA.AZ