Adı Türkiyədə transfer gündəmindən düşməyən Albaniya yığmasının hücumçusu Türkiyəyə dönüb.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, Nuri Demirağ hava limanında açıqlamalar verib.
Hücumçu bildiriib ki, qısa müddətdə "Sivasspore"un heyətində məşqlərə başlayacaq. O, transferi ilə bağlı gələn təklifləri klubunun müsbət qarşılamadığını da sözlərinə əlavə edib.
Xatrladaq ki, ötən mövsüm iz qoymuş “Sivasspor”un albaniyalı hücumçusu Rey Manajın Almaniya yığmasının heyətində AVRO-2024-də də göstərdiyi performansdan sonra rekord satış gözləntisi var idi. Ancaq indiyə qədər gələn təkliflər Sivas klubunu qane etməyib.
Fərid Aslan
MİA.AZ