“Qalatasaray”ın "Renn"də çıxış edən sağ cinah müdafiəçisi Quela Duenin transferində son anda problem yaranıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, İstanbul klubu "Renn” klubu və Quela Duenin özüylə razıalşsa da, son anda Fransa klubunun baş məşqçisi Julien Stefan transferi əngəlləyib.

Məlumata görə, baş məşqçi təlim-məşqdə gənc futbolçunun möhtəşəm performansından razı qaldığından transferə imkan verməyib: "O, rəhbərliuyə raport verərək, 21 yaşlı futbolçunun İstanbula uçuş biletini "yandırıb"".

Xəbərdə deyilir ki, bu səbəbdən "Qalatasaray" alternativ variantlara yönəlib.

Onu da qeyd edək ki, əgər bu razılaşma baş tutsaydı, "Qalatasaray" "Renn" klubuna 6 milyon + 2 milyon bonus olmaqla, ümumilikdə 8 milyon avro ödəyəcəkdi. Futbolçunun özünə isə illik 1,5 milyon avro sabit maaş veriləcəkdi.

Fərid

MİA.AZ