Cəmşid Naxçıvanski adına Hərbi Liseyə rəis təyin olunub.
Mia.az.az xəbər verir ki, nazir Zakir Həsənovun əmrinə əsasən, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev Liseyin rəisi təyin edilib.
Qeyd edək ki, Anar Mirzəyev 2022-ci ildə liseyin rəis müavini vəzifəsinə təyin olunmuşdu. O, Hərbi liseyin rəisi vəzifəsi vakant olduğundan, həm də rəis vəzifəsini icra edirdi.
Qeyd edək ki, məlumatı ilk olaraq "qafqazinfo" yayıb.