Qoç - böyük uğurlara nail olmaq istəyirsinizsə, daha aktiv çalışmalısınız. Qətiyyət və iradə yetərli deyil. Təcrübə, bilik və ən başlıcası, dəqiq fəaliyyət planı gərəkdir. Sadalananlardan biri yoxdursa, müttəfiqlərdən və dostlardan yardım istəməkdən çəkinməyin. Köhnə dostlara bel bağlamaq olar.
Sözlərinizdə diqqətli olun. Sayıq davransanız, aşkar münaqişəyə yol verməyəcəksiniz. Dəyər verdiyiniz insanlarla münasibətləri korlamayın. Bir qədər keçəcək, ünsiyyətin məcrasını konkret müəyyənləşdirə biləcəksiniz.
Buğa - bu gün çözmək məcburiyyətində qalacağınız məsələlər ilk baxışdan göründüyü kimi asan deyil. Fəaliyyətə başlamazdan əvvəl mövcud situasiyanı təhlil edin. İnandığınız insanla məsləhətləşin.
Yaxınlarınızla münasibətlərin harmonik olmasına çalışın. Sevdiyiniz insanla ixtilaflar yaratmayın. Yeni tanışlarla ehtiyatlı olun. Bu insanların bəziləri etimadınızdan öz məqsədləri üçün sui-istifadə etmək istəyirlər. Yaşam potensialı yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq. Axşam saatlarında aktiv istirahəti seçin.
Əkizlər - işgüzar aktivliyin səviyyəsi aşağı düşəcək. Peşəkar fəaliyyət müstəvisində uğurlar az olacaq. Diqqəti cəmləmək, başladığınız işi bitirmək asan deyil. Mühüm işgüzar danışıqlar aparmaq, karyeranızın inkişafının asılı olduğu insanlarla görüşlər üçün əlverişli zaman deyil. Maliyyə itkiləri riski var.
Əfsuslar olsun ki, şəxsi münasibətlər müstəvisində də durum normal deyil. Xırda, mənasız məsələlərə görə mübahisələr yarana bilər. Təmasları korlamayın. Yaranan ideyalardan birini ailə üzvlərinin köməyi ilə reallaşdırmaq olar.
Xərçəng - yeni, mürəkkəb işlərə başlamaq məsləhət deyil. Rutin, adət etdiyiniz, cari işlərlə məşğul olun. Köhnə müttəfiqlər sizə yardım edəcəklər. Yeni tanışlar və tərəfdaşlarla münasibətlər pis olmayacaq.
Alış-veriş, sərmayə üçün münasib zaman deyil.
Günün ikinci yarısı xoş görüşlər və maraqlı tanışlıqlar vəd edir. Romantik təmaslar ola bilər. Sevdiyiniz insanı sürprizlə sevindirin. Uzaq qohumlardan xoş xəbərlər ala bilərsiniz.
Şir - uğurlu gündür. Peşəkar uğurlarınız gözləntilərinizin əksinə olaraq o qədər də böyük deyil. Gələcək uğurlarınızın təməlini qoyun. Qəfil işgüzar təklif alacaqsınız. Təklif maraqlı və cazibədardır. Köhnə tanışlardan gələn təklifləri düşünmədən qəbul etmək olar.
Günün ikinci yarısında sevindirici xəbər alacaqsınız. Yaşamınızda müsbət dəyişikliklər olacaq. Səfər və ya səyahət pis olmayacaq. Uzun yol sizi yormayacaq.
Qız - mühüm işləri, maliyyə məsələləri ilə bağlı müzakirələri, potensial iş yeri sahibi və ya sifarişçi ilə görüşü ertələyin. Sakit, müstəqil iş üçün əlverişli zamandır. Başladığınız işləri başa vurun. Hesabat hazırlamaq, sonucları nəzərdən keçirmək zamanıdır. Yalnız inanılmış, sınanmış müttəfiqlər sizi dəstəkləyirsə, yeni işə və ya layihəyə başlamaq olar.
Şəxsi münasibətlərdə aktiv, təşəbbüskar olun. İmprovizələr etmək olar. İntuisiyanızın səsinə qulaq asın. Belə məsləhətlər ilk baxışdan sağlam məntiqə zidd təsir bağışlaya bilər. Bu yaxınlarda mübahisə etdiyiniz insanla barışa bilərsiniz.
Tərəzi - yaşam potensialının səviyyəsi aşağıdır. Görülən işlərin sayını azaltsanız, çətin işlərdən birini etibar etdiyiniz insana həvalə etsəniz, dürüst addım atarsınız.
Lakin həllini tələb edən problemlə bağlı fəaliyyəti dayandırmayın. Önəmli məsələnin çözülməsini ertələməyin. Peşəkar fəaliyyət və maliyyə məsələlərini həmfikirlərlə müzakirə etmək olar. Yekun qərarın qəbulunda tələskənliyə yol verməyin.
Köhnə tanışlar və ya uzaq qohumların vizitləri istisna deyil. Qohumlara sevinin: onlar əliboş gəlməyəcəklər. Günün ikinci yarısında sevdiyiniz insanla önəmli söhbət ola bilər.
Əqrəb - peşəkar fəaliyyətlə bağlı önəmli qərar qəbul etməyin. Səbəb - inandığınız insanlardan biri sizi aldada bilər. İşdə rəhbərliklə ciddi mübahisə istisna deyil. Ambisioz, eqoist olmayın. Şayiələr və dedi-qodular sizə zərbə vura bilər.
Şəxsi münasibətlərdə heç bir xoşagəlməz sürpriz olmayacaq. Dostlarla ünsiyyət üçün əlverişli zamandır. Yaxşı xəbərlər alacaqsınız.
Oxatan - işlərinizdə ləngliyə, süstlüyə yol verməyin. İkinci dərəcəli məsələlərin həllini ertələyin, ən mühüm və aktual işlərlə məşğul olun. Fikriniz mənasız ünsürlərə yayınmasın. Hesablamalarda səhv etməyin. Belə yanlışlıqlar maliyyə itkilərinə səbəb ola bilər.
Xoşagəlməz xəbər alacaqsınız. Tərəfdaşlar vədlərini yerinə yetirməyəcəklər.
Yeni tanışların rəğbətini qazanmağa çalışın. Ciddi münasibətlər ehtimalı azdır. Fəqət tanışlardan biri yaşamınızda önəmli rol oynaya bilər.
Oğlaq - əlverişli, yaxşı gündür. İdeyaları həyata keçirmək düşündüyünüzdən də asan olacaq. Situasiya yaxşı imkanlar yaradır. Dəvət aldığınız tədbirlərə qatılın. İş axtarırsınızsa, bir vaxtlar tərəfdaşlıq etdiyiniz insanı günün ikinci yarısında xatırlaya bilərsiniz. Maraqlı təklif səslənəcək.
Emosional fon stabildir. Yaxın ətrafınızdakı insanlarla incik, aqressiv, qıcıqlı davranmayın. Gözlənilməz etiraflar mümkündür.
Dolça - yorucu, rutin, usandırıcı işlər zamanıdır. Başladığınız işləri hər şeyə rəğmən bitirin. Yardım və ya dəstəyə bel bağlamayın. Köhnə müttəfiqlər öz işləri ilə məşğuldur. Yeni tərəfdaş və ya müttəfiq isə gözə dəymir. İşdə rəhbərliklə kiçik fikir ayrılıqları ola bilər. Emosiyaların əsiri olmayın, hisslərə əsaslanaraq davranmayın. Yaşananlara sakit reaksiya verin. Sevdiyiniz insanla münaqişə etməyin, onu ən kiçik nöqsana görə sərt tənqid atəşinə tutmayın. Alış-verişdə yalnız gərəkli əşyaları alın.
Balıqlar - işdə uğurlar böyük olmayacaq. Lakin həmin nailiyyətlər belə bədxahlarınızda kəskin qıcıq yaradacaq və onlar növbəti dəfə sizə zərbə vurmağa çalışacaqlar. Təxribatlara uymayın, emosional davranmayın. Sizi nə qədər tələsdirsələr də, düşünülməmiş addımlar atmayın. Kritik situasiya yaranarsa, nüfuzlu adama müraciət edə bilərsiniz. O, sizin tərəfinizi tutacaq.
Günün ikinci yarısının emosional fonu stabil deyil. Xırda məsələlərə görə əsəbiləşməyin. Qıcıqlı davranışınız yaxınlarınızı təəccübləndirə bilər. Axşam saatlarında səhhətinizdə kiçik problemlər yarana bilər.
Milli.Az