Bu il 20 illik yubileyi təntənə ilə qeyd olunmuş Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbin XI sinif məzunlarına attestatlar təqdim olunub.

Mia.az xəbər verir ki, bu ilki məzunları təbrik edən məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Heydər Əliyevin 100 illiyi” yubiley medallı Məlahət Rüstəmova gəncləri təbrik edərək onlara can sağlığı, gələcək həyatlarında uğurlar və məzun olduqları məktəbin adını uca tutmağı arzu etmişdir.

Qeyd edək ki, cari tədris ilində 1104 nəfər şagirdin təhsil aldığı Heydər Əliyev adına tam orta məktəbdən tam orta təhsil səviyyəsi üzrə 69 nəfər məzun olmuş, onlardan 11 nəfəri fərqlənmə attestatı almış, 2 nəfər qızıl medala namizəd göstərilmişdir. Bütün məzunların ali məktəblərə qəbul üçün sənəd verdiyi və yüksək ballar topladığı məktəbin məzunlarından ilkin nəticələrə görə artıq 16 nəfəri 500-700 bal arası nəticə göstərmişdir.

 Əli Cabbarov,

Naxçıvan 

MİA.AZ