Türkiyədə cinayətkar qrup və mafiyalara qarşı amansız mübarizə davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul başda olmaqla 6 şəhərdə eyni anda keçirilən əməliyyatlarla xaricdə gizlənən Abdullah Çapkan və həbsdə olan Ramazan Taşın rəhbərlik etdiyi bir-birinə düşmən olan 2 ayrı mafiya çökəldilib.
Daxili İşlər naziri Ali Yerlikaya əməliyyatlarla bağlı açıqlamasında bildirib ki, İstanbul, Samsun, Kocaeli, Siirt, Diyarbəkir və Malatyada bir-biri ilə ədavətdə olan çetelərə qarşı uğurlu əməliyyat keçirilib: "Əməliyyatla ümumilikdə 47 nəfər qandallanıb, onlardan 46-sı haqda həbs qətimkan tədbiri seçilib, bir nəfər isə ev dustaqlığına buraxılıb".
Nazir bildirib ki, çete üzvləri “qəsdən adam öldürmə", "qəsdən yaralama”, “narkotik istehsalı və satışı”, “narkotik vasitələrin alınması, qəbulu, saxlanması və istifadəsi”, “təhdid” daxil olmaqla, ümumilikdə 30 ayrı cinayət əməli törətməkdə ittiham olunurlar.
Firudin Səfərli
MİA.AZ