Baş nazir boyuna lağ edən jurnalisti cərimələdib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə İtaliyada baş verib.

Milan məhkəmə baş nazir Giorgia Meloninin iddiası əsasında jurnalist Giulia Korteseyə 5 min avro təzminat  kəsib: "Jurnalist 2021-ci ilin oktyabrında "Tvitter"də Melonun boyu ilə bağlı yazdığı statusa görə cəzalandırılıb".

Xatırladaq ki, jurnalist hazırda baş nazir olan Giorgia Meloniyə ünvanlı belə paylaşım edibmiş: "Məni qorxuda bilməzsən, Giorgia Meloni. Axı sən cəmi 1,2 metr boyundasan. Səni heç görmürəm də".

Qeyd edək ki, Meloninin boyunun 1,58-1,63 metr arasında olduğu bildirilir.

Lamiyə Əhmədli

MİA.AZ