Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti postu uğrunda seçkidə İbrahim Hacıosmanoğluna cəmi 5 səslə uduzan Mehmet Büyükekşi klub rəhbərləri ilə vidalaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, səsvermənin nəticəsi açıqlandıqdan sonra o, ayağa qalxaraq bir cümlə ilə sağollaşaraq salonu tərk edib: "Məndən bu qədər. Hər kəs haqqını halal eləsin".
Xatırladaq ki, səsvermədə iştirak edən 274 nümayəndədən 134-ü Hacıosmanoğluya, 129 isə Büyükekşiyə səs verib.
Fərid ASLAN
MİA.AZ