Bu gün Türkiyə Futbol Federasiyası (TFF)  yeni prezidentinin adı bəlli olacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, prezident postna iki namizəd var: hazırkı prezident Mehmet Büyükekşi və "Trabzonspor"un keçmiş rəhbəri İbrahim Hacıosmanoğlu.

Məlumata görə, artıq Bakı vaxtilə saat 12.00-da TFF-nin qurultayına start verlib. 

Məlumuta görə. hər iki namizəd klublar və onların səsvermə hüququ olan qurultay nümayəndələri ilə sıx iş aparıblar.

Xəbərdə deyilir ki, "Qalatasaray" nümayəndələri hazırkı prezident Mehmet Büyükekşə, "Fənərbağça" isə onunrəqibinnə səs verəcək. "Beşiktaş"ın isə neytral qalacağı iddia olunur.

Xəbərə görə, TFF-nin yeni prezidentini 321 qurultay nümayəndəsi səsvermə ilə müəyyən edəcək.

Fərid Aslan

MİA.AZ