"Fənərbağça" klubu Səudiyyə Ərəbistanının "Əl Ahli" klubunda oynayan fransalı futbolçunu icarəyə götürüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, illik icarə haqqı 8 milyon avro olan futbolçu Allan Saint-Maximin maaşı 4 hissəyə bölünəcək və "Əl Əhli" tərəfindən qarşılanacaq.
İstanbul klubu transferi təsdiqləyib: "Klubumuz fransız cinah oyunçusu Allan Saint-Maximin və onun klubu "Əl-Əhli" ilə 1 illik icarə ilə bağlı anlaşma əldə edib. 27 yaşlı futbolçu 2024-25 mövsümündə "Fənərbağça"nın formasını geyinəcək. “Allan Saint-Maximin-ə “Ailəmizə xoş gəlmisiniz” deyirik və ona “Fənərbağça” ilə çempionluqlar arzulayırıq”.
Fərid Aslan
MİA.AZ