Türkiyənin Gələcək Partiyasının sədri, sabiq baş nazir Əhməd Davudoğlu sensasiyalı açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Türkiyə Böyük Millət Məclisindəki Səadət-Gələcək Partiyalarının birgə fraksiyasıın toplantısında çıxış edərək deyib k, FETÖ-nun 15 iyul çevriliş cəhdindən sonra ölkədə ideal idarəetmə sistemi yaranmayıb: "Əksinə, FETÖ birjası vasitəsilə 15 iyulda şəhid olanların qanı ilə varlananlar, heç bir yerdə görünməmiş, özlərindən qəhrəman obrazı düzəldərək dövlətə sızmış xeyli çetelər var. Bir həftədir "Dövlətin içində ciddi bir təhlükə görürüsünüz" sualı veirlir. Bəıi, belə bir ciddi təhlükəni görürəm. 15 iyul olaylarının günahkarları tam şəkildə üzə çıxarılıb cəzalanmadıqca, hər hansı yeni dövlət islahatları aparmaq çox çətindir".

Tahir

MİA.AZ