UEFA Avropa Liqasının II təsnifat mərhələsinin "Dalğa Arena"da keçiriləcək "Zirə"– "Şerif" (Moldova) oyununa 3000-dən çox bilet satılıb.
Mia.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 2, 5, 10 və 20 manatdır. Arena ümumilikdə 6500 tamaşaçı tutumuna malikdir.
Qeyd edək ki, iyulun 18-də baş tutacaq qarşılaşmanın start fiti 20:00-da səslənəcək. Moldovada gerçəkləşən ilk görüşdə Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv 1:0 hesablı qələbə qazanıb.