Qəzzada daha bir jurnalist həlak olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  bu barədə Fələstin hökuməti bəyanat yayıb.

Bəyanata əsasən, "Savt El-Aksa" Radiosunda aparıcı olan Muhammed Abdullah Mişmiş İsrailin bomardmanında həyatını itirib.

Hökumət əlavə edib ki, bununla da ötən ilin oktyabrın 7-dən bu yana Qəzzada həlak olan jurnalistlərin sayı 160-a çatıb: "İsrail Fələstinin səsini kəsmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasının qarşısını almaq üçün” Qəzzada jurnalistləri qəsdən öldürür..."

Tahir Şəlvəli

MİA.AZ