Almaniyada ifrat sağçı “Compact” jurnalı qadağan edilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Fazer açıqlama verib.
O bildirib ki, bu jurnal ölkədə qarşıdurmanı təbliğ edib: "Mən ifrat sağçı "Compact" jurnalını qadağan etdim. Bu jurnal ifrat sağçı seqmentin ruporudur. Bu jurnal yəhudilərə, immiqrasiya mənşəli insanlara və bizim parlament demokratiyamıza qarşı nifrəti dilə gətirməz şəkildə qızışdırır. O səbəbdən tədbir görülüb...".
Məlumata görə, qadağadan sonra polis Brandenburq, Hessen, Saksoniya və Saksoniya-Anhalt əyalətlərində jurnal rəhbərlərinin evlərində axtarış aparıb, bəzi materiallar götürüb.
Samir Musayev
MİA.AZ