Azərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlu baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.
Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, faktla bağlı araşdırma aparılır: "Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir".
***
Ötən gün bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçu Abbasov Yunis Vasif oğluna şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən müvafiq arayış əsasında verilə bilər.
Mia.az xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.
Onun sözlərinə görə, həyatını itirən Azərbaycan Ordusunun hərbi qulluqçusuna şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında verilir: "Belə bildiriş daxil olarsa şəhid statusu verilə bilər”.
Qeyd edək ki, ötən gün Azərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlu baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.
***
Kəlbəcər rayonunda iyulun 15-də bədbəxt hadisə nəticəsində həlak olan hərbçi dəfn edilib.
Məlumata görə, 1981-ci il təvəllüdlü Zaqatala şəhər sakini, müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) Yunis Vasif oğlu Abbasovla vida mərasimi keçirilib.
Mərasimdə hərbçinin ailə üzvləri, qohumları, qulluq etdiyi hərbi hissəsinin zabit və əsgər heyəti, Zaqatala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Vida mərasimindən sonra Y.Abbasov Zaqatala şəhər qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, müddətdən artıq xidmət edən hərbi qulluqçu Yunis Abbasov Kəlbəcərdə uçqun altında qalaraq həlak olub. O, ailəli idi, üç övladı var(Report).
Allah rəhmət eləsin!