"Keçən il azarkeşlərimizin qəlbini çox qırdıq. Ancaq bu dəfə hər şey fərqli olacaq".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri "Beşiktaş"ın təcrübəli yarımmüdafiəçisi Salih Uçan deyib.

Yeni mövsümün hazırlıqlarını Sloveniyanın Maribor şəhərində keçirən Salih Uçan jurnalistlərə açıqlamasında bildirib ki, "Qalatasaray"la superr kubok oyununa tamam fərqli motivasiyada çıxacaqlar: "Bu oyunu qazanaraq super liqanın oyunlarına qələbə ruhu ilə başlamaq istəyirik".

O, qeyd edib ki, hazırda bütün gücləri ilə hazırlqıla davam edir: "Əminəm ki, super liqa başlayanda, komanda mobil vəziyyətdə olacaq"

Fərid 

MİA.AZ