Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən "Fənərbağça" daha bir oyunçu transfer eləyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu "Alanyaspor"dan Oğuz Aydınla anlaşıb.

Məlumata görə, o, bu gün İstanbula gələcək: "23 yaşlı qanad oyunçuus bu gün yerli vaxtla saat 18.20-da İstanbula gələrək müqaviləyə imza atacaq".

Xatırladaq ki, ötən mövsüm “Alanyaspor”da 38 matça çıxan Oğuz Aydın 13 qol vurub, 8 məhsuldar ötürmə edib.

Fərid Aslan

MİA.AZ