Suraxanı rayonu Hövsan qəsəbəsi Quşçuluq Sovxozu deyilən ərazidə evdə yanğın olub.

Mia.az xəbər verir ki, hadisə zamanı evdə yaşayan 1954-cü il təvəllüdlü Emilya Xanbabayeva yanaraq ölüb.

Hadisənin qısaqapanmaya görə baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.