"Qalatasaray"ın danimarkalı müdafiəçisi Matias Ross Çexiyanın icarəyə verilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu bu dəfə Çexiyanın "Sparta Praqa" komandasından gələn icarə təklifinə "hə" deyib.

Məlumata görə, çexlər 23 yaşlı müdafiəçi üçün İstanbul klubuna bir qəpik ödəməyəcəklər: "Lakin anlaşma belə bir şərt var: növbəti mövsüm də çexlər onu transfer edəcək və bu zaman "Qalatasaray"a 1 milyon 200 min avroya ödəniç ediləcək. Transfer qısa müddətdə rəsmiləşəcək".

Qeyd edək ki,  Mathias Ross 2022/23 mövsümündə "Olborq"dan "Qalatasaray"a transfer olunub. Danimarkalı müdafiəçi ötən mövsümü "NEC Nijmegen"də icarədə olub.

Fərid ASLAN

MİA.AZ