Məşhur brazilyalı məşqçi i Aleks de Souzanın yeni sükanı arxasına keçdiyi "Antalyaspor" yoldaşlıq görüşündə Rusiya Premyer Liqasının komandalarından olan "Akron Togliatti" iləı yoldaşılıq oyununda gücünü sınayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Antalyaspor"un başında ilk matçına çıxan Aleks de Souza ilk 11-likdə Ataberk Dadakdeniz, Amar Gerxhaliu, Soner Dikmen, Erkan Eyibil, Efecan Gülerce, Emir Gürlek, Mövluthan Ekelik, Mert Yılmaz, Civan Türkay, Harun Toprak və Yannik Nkurunziza yer verib. 

Oyuna sürətlə başlayan Rusiya komandası artıq 2-ci dəqiqədə Abu-Səid Eldaruşevin qolu ilə hesabı açıb - 0:1.

Bu qoldan 9 dəqiqə sonra ruslar daha bir qola imza atıb. Bu dəfə Paulo Vitor komandasını önə çıxarıb - 0:2. 

İlk hissə bu hesabla başa çatıb.

Aleks De Souza ikinci hissəyə tamam fərqli 11-liklə çıxıb. O, ilk hissədki oyunçuların hamısını aşağıdakı fuitbolçular əvəzləyib: Kənan Piriç, Ərdoğan Yeşilyurt, Veysel Sarı, Bahadır Öztürk, Güray Vural, Yakub Kaluzinski, Erdal Rakip, Mehmet İlhan, Burak İngenç, Sander van de Streek və Rəmzi Safurinin 11-i ilə başlayıb.

"Antalyaspor" bundan sonra toparlanıb və 59-cu dəqiqədə Van de Strikin qolu ilə fərqi 1-ə endirib - 1-2. 

Veysəl Sarı 85-ci dəqiqədə hesabı bərabərləşdirib: 2-2.

Rusiya təmsilçisi Aleksa Durasoviçin son dəqiqədə vurduğu qolla meydandan qələbə ilə ayrılıb - 3:2.

Fərid ASLAN

MİA.AZ