Elxan ŞÜKÜRLÜ,

Siyasi şərhçi

****

ABŞ-ın sabiq prezidenti Donald Trampa uğursuz sui-qəsd cəhdi qoca Baydenin diriykən tabutuna vurulan son mismara çevrilə bilər!

Bayden hökuməti bu qəsdi bundan sonra hətta Rusiya xüsusi xidmət orqanlarının üzərinə atıb, rəqibinə qarşı köhnə ittihamları yenidən gündəliyə gətirmək istəsə belə, sui-qəsddən sağ çıxması Trampın əhali arasındakı populyarlığını və reytinqini daha da gücləndirəcək.

İlk debatında huşsuz Baydeni tank kimi əzən və bununla sorğularda xeyli önə çıxan Trampın qarşısının yalnız sui-qəsdlə alına biləcəyi fikri hakim kəsilmişdi ki, o da baş verdi.

Qəsd oldu, ancaq Trampsa sağdır və bu hadisə artıq qarşıdakı aylarda bütün dünyanın gündəminə çevrilərək, Rusiya-Ukrayna cəbhəsində baş verənlər qədər ABŞ-dakı 5 noyabr seçkilərinin qədərinə təsir edəcək.

Mümkündür ki, ABŞ “dərin dövlət”i Ukrayna böhranından yeganə çıxış yolu kimi, nəhayət, Trampın prezidentliyə yolunu açmaq qərarına gəlib və sui-qəsd cəhdi də onların əməliyyatıdır...

Hər bir halda, görünən odur ki, 2024-cü ilin 5 noyabr seçkiləri təkcə vətəndaş müharibəsi riskiylə üzləşmiş ABŞ-ın yox, bütün dünyanın gələcəyini müəyyənləşdirəcək hadisə olacaq.

MİA.AZ