iPhone istehsalıçısı kimi markalaşan Apple şirkəti dünyanın 98 ölkəsindəki istehlakçılarına elektron xəbərdarlıq bildirişi ünvanlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bildirişdə sistem poqramına "casus proqramları"na yüklənmə cəhdlərinin artması xüsusi vurğulanıb və bütün istifadəçilərə "ehtiyatlı olun" mesajı verilib.

Məlumatda deyilir ki, 2021-ci ildən belə cəhdlər var: "Biz bunu nəzərə alaraq müntəzəm olaraq 150 ölkədəki istifadəçilərimizə xəbərdarlıqlar göndəririk. İndi də başda Hindistan olmaqla, 92 ölkədə Apple ID-nizlə əlaqəli iPhone-unuzu uzaqdan riskə atmağa can atan pullu casus proqram hücum faktları açkarlanıb. Bu hücum çox güman ki, kimliyinizi ələ keçirməyə hesablanıb. Düzdür, bu cür hücumların məqsədinə çatması çətindir, ancaq ehtiyatlı olmaq gərəkdir".

Yeri gəlmişkən, Apple ötən ilin oktyabr ayında da bir çox ölkələrdəki jurnalist və siyasətçiyə oxşar xəbərdarlıqlar göndərib.

"Amnesty İnternational" isə iddia edir kiŞ ubu cür "atak"ları İsrailin NSO Group şirkəti tərəfindən hazırlanmış "Pegasus" casus proqramı vasitəsilə həyata keçirilməsi faktları yetərincə sübut olunub.

Firudin Səfərli

MİA.AZ