Yeni mövsümün hazırlıqlarını Sloveniyanın Maribor şəhərində davam etdirən "Beşiktaş" sabah daha bir yoxlama matçı keçirəcək.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu Xorvatiya təmsilçisi olan Zaqrebin "Dinamo" komandası ilə gücünü sınayacaq.
Oyun Bakı vaxtilə saat 19.30-da Lendava Stadionunda olacaq.
Yeni baş məşqçisi Covanni van Bronkhorstun rəhbərliyi altında ikinci matçına çıxacaq “Beşiktaş” iyulun 17-də “Şaxtyor Donetsk”, 20-də isə “Qrazer AK” ilə qarşılaşacaq.
Xatırladaq ki, İstanbulda "Ümraniyespor"la ilk yoldaşlıq görüşünü keçirən "Beşiktaş" 0:0 hesablı heç-heçə etmişdi.
Fərid
MİA.AZ