Türkiyə super liqasına yeni yüksələn "Göztepe" seneqallı hücumçu Mame Diufla yollarını ayırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə yayılan xəbəri klub təsdiqləyib.

Klubdan verilən açıqlamada deyilir: "Klubumuzla Mame Diouf arasında aparılan danışıqlar nəticəsində müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edildi. Diufa təşəkkür edir və davam edən karyerasında uğurlar arzulayırıq".

Fərid Aslan

MİA.AZ