Məşhur italyan futbolçu Mario Balotellinin yeni "dayanacağı" Cənubi Amerika ölkəsi olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Türkiyənin "Adana Dəmirspor" klubu ilə müqaviləsi başa çatan italiyalı futbolçu Braziliyanın "Korintians" klubu ilə anlaşıb.

Məlumata görə, tərəflər ir neçə gün ərzində müqavilə imzalayacaq: "“Korintians” italyan mərkəz hücumçusunun karyerasında 12-ci komanda olacaq. Daha əvvəl İtaliya, İngiltərə, Fransa, Türkiyə və İsveçrədə çıxış edən məşhur futbolçu ilk dəfə Avropadan kənar bir ölkədə çıxış edəcək".

Xatırladaq ki, karyerasında 1 Çempionlar Liqası Kuboku, 3 Serie A və 1 Premyer Liqa çempionluğu olan Balotelli iki fərqli illərdə “Adana Dəmirspor”da oynayıb. 

Fərid Aslan

MİA.AZ